Avropada kilsə siyasətə qarışmağa başlayıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, yunan Kiprində kilsənin baş yepiskopu Hrisostomos maliyyə naziri Mihalis Sarris və Mərkəzi Bankın sədri Panikos Dimitriadisi istefa verməyə çağırıb.
Kilsənin hər zaman xalqın yanında olduğunu söyləyən baş yepiskop deyib ki, Mihalis Sarris və Panikos Dimitriadis xalqın deyil, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun yanında yer alıblar. O, yunan Kiprindəki banklarda kapitallarının bir qismini itirən rus iş adamlarının üzüntülərini paylaşdığını, gələcəkdə ruslarla iş birliyinin davam edəcəyini də dilə gətirib.
Qeyd edək ki, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu büdcə xərclərinin azaldılması, banklardakı yüksək əmanətlərə vergi qoyulması müqabilində yunan Kiprinə maliyyə yardımı ayırıb. Yunan Kiprindəki banklarda ən çox əmanəti olanlar isə ruslardır.