Fransanın keçmiş büdcə naziri Jer Kaüzak xarici banklarda gizli hesabı olduğunu etiraf edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, həmin hesabları üç ilə öncə bağladığın deyib.
Məhkəmədə keçmiş nazir «çirkli pulların yuyulması və vergidən yayınma» ilə bağlı ifadə verərkən, bunları etiraf edib.
Xatırladaq ki, o, vergidən yayınmağa qarşı mübarizənin qatı tərəfdar kimi tanınıb. Ancaq hazırda nazir gəlirlərinin bir hissəsini İsveçrə banklarında gizlətmək şübhəli bilinir.
Bir müddət öncə o, ünvanına irəli sürülənləri təkzib edir, hətta bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirirdi.
Qeyd edək ki, Kaüzak prezident Olandın tərəfdarlarındandır. O, sosialistlər hökumətinin vacib nazirlərdən biri sayılırdı.