Katolik yepiskopları həmcinslilərin nikahı qanuna qarşı
07 fevral 2013 07:13 (UTC +04:00)

Katolik yepiskopları həmcinslilərin nikahı qanuna qarşı

İngiltərə və Uels katolik yepiskoplarının toplantısı fevralın 6-da Britaniya İcmalara palatası tərəfindən həmcinslilərin evlənməsinə icazə verən qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsini pisləyiblər.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, 400 deputatdan 175 sənədin əleyhinə səs verib.

 

«Kilsə gələcəkdə də nikah və kəbin olaraq, yalnız qadınla kişinin ittifaqını ailə sayacaq»-deyə, arxiyepiskop Piter Smit bildirib.

 

Portsmutun yepiskopu Filipp İqan bu olaydan ehtiyatlandığını ifadə edərək, deyib ki, yeni qanun səhiyyə, sosial yardım  və təhsil sahəsində çalışan katoliklərə «böyük mənəvi təzyiqlərə» səbəb olacaq.

 

Yeni qanuna əsasən, həmcinsli həm vətəndaş, həm kilsə nikah kəsdirə bilər. Bununla belə onlar kəbinlərini İngiltərə kilsələrində kəsdirə bilməz. Bir neçə həftə deputatlar İngiltərə və Uelsin anqlikan keşişlərinin belələrinin mərasimində iştirakını yasaqlayan qanuna səs verib.

 

# 563
avatar

Oxşar yazılar