İrəvan hava limanının şöbə rəisi qaçaq brilyantla tutulub
03 aprel 2013 03:49 (UTC +04:00)

İrəvan hava limanının şöbə rəisi qaçaq brilyantla tutulub

 

İrəvan hava limanının şöbə rəisi qaçaq brilyantla tutulub

Aprelin 2-də Ermənistanın İstintaq Xidməti İrəvanın «Zvartnots» hava limanı   Gömrük Nəzarəti şöbəsinin rəisi Arsen Papazyanı böyük miqdarda brilyant qaçaqmalçılığına görə saxlayıb.  

 

Lent.az-ın «RİA Novosti»yə  istinadən məlumatına görə,onunla birlikdə   cinayətdə şübhəli bilinən İrəvan sakini Aşot Qasparyan da tutulub.

 

«İlkin araşdırmalara əsasən, Birləşmiş Ərəb Əmirliklərində əldə olunmuş  2702,58 karat həcmində brilyantı (0,5 kiloqramdan çox) martın 1-də Papazyanla qabaqcadan əldə edilmiş razılaşmaya görə qaçaqmalçılıq yolu ilə Ermənistana gətirilib»- deyə, İstintaq Xidməti mətbuat katibliyi bildirib.

 

Təxmini hesablamalara görə, müsadirə edilmiş brilyant dəyəri 10 milyon dollardan artıqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar