İraqın Tikrit şəhərində intiharçının benzinlə dolu maşını partlatması nəticəsində azı 9 nəfər həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polis məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin polis işçiləri olduğu, azı 17 nəfərin də yaralandığı bildirilir.
Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
Xatırladaq ki, aprelin 20-də vilayət seçkiləri keçiriləcək.
Təhlükəsizliyin təmin olunmasında problemlərin mövcudluğu ucbatından ölkənin Ənbar və Ninəva vilayətlərində bu siyasi kampaniyanın keçirilməsi bir neçə ay müddətinə təxirə salınıb.