İrana qarşı sanksiyalara məhəl qoymayıb, oradakı hakimiyyətlə silah alveri edilir.
Lent.az-ın «nyusr»-ya istinadən məlumatına görə, İraqın Tehrandakı səfiri Məhəmməd Məcid Əş-Şeyx bildirib ki, Bağdad İranda istehsal olunan silahlardan almaq barədə İslam Respublikası ilə müqavilə imzalayıb. Diplomat bu müqavilənin məbləğini və silahların növünü açıqlamayıb.
«Müdafiə Nazirliyimiz İran silahlarının etibarlı olduğuna şübhə etmir. İslam Respublikasından silah almaq İraq ordusu üçün çox vacibdir» -deyə, səfir vurğulayıb.
Xatırladaq ki, ABŞ İraqdakı hökumətin İrandakı hakimiyyətlə əməkdaşlığından rahatsız olduğunu gizlətmir. Ağ evdə hesab edirlər ki, onların əməkdaşlığı bölgədə sabitliyini pozulmasına xidmət edir. Özəlliklə, Suriyadakı rejimin silah-sursatla təmin edilməsi üçün İran İraqın hava məkanından yararlanır.
İraqa ən çox silah satan ABŞ və Rusiyadır.