İranın sabiq naziri Almaniyada saxlanılıb
03 fevral 2013 21:17 (UTC +04:00)

İranın sabiq naziri Almaniyada saxlanılıb

0

Almaniyanın Düsseldorf hava limanında  İranın sabiq iqtisadiyyat və maliyyə naziri Təhmasib Mazəhəri saxlanılıb.

 

APA-nın məlumatına görə, hava limanında onun üzərindən Venesuelanın Mərkəzi Bankına aid olan təxminən 70 milyon dollarlıq bank qəbzi aşkar edilib.

 

Çirkli pulların yuyulmasında şübhəli bilinən T. Mazəhəri barədə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlayıb.

 

İstintaq zamanı o bildirib ki, bu pullar  Vensuela hökuməti tərəfindən maliyyələşdiriləcək yeni yaşayış binalarının tikintisi üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, T. Mazəhəri yanvarın 21-də Düsseldorf hava limanında  saxlanılsa da, saxlanılan şəxsin məhz sabiq nazir olmasından media yeni xəbər tutub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar