İngiltərənin Magistrat məhkəməsi Dərbişirdə öz evini yandırmaq istəyən ər-arvadı suçlu bilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar 6 uşağın ölümündə də ittiham edilib.
Məhkəmənin qərarına əsasən, 5-13 yaş arasında olan həmin 6 uşaq ailə münasibətlərinin dolaşığa düşməsi nəticəsində həyatlarını itiriblər.
İstintaq müəyyənləşdirib ki, Mik və Mairid ailə başçısının keçmiş məşuqəsinə «dərs vermək üçün» ev yanğını «oyunu qurublar».
Mairid əvvəllər Miklə birlikdə yaşayıb və ondan 4 uşağı var. Mairid ondan ayrıldıqdan sonra Mik uşaqları və vəsaitləri geri qaytarmaq istəyib. O, polisə keçmiş arvadının onun evini yandıracağı ilə hədələdiyini bildirib.
Onlar ev yanarkən, uşaqlarını xilas etməyə səy göstərsə də, bu cəhdləri alınmayıb.Uşaqlar dəm qazından boğulub.
Polis olay yerinə tədqiq edərkən, yanğının qəsddən törədildiyini müəyyənləşdirib.
Onlar həs edilib. Aprelin 3-də hökm veriləcəyi gözlənilir.