Braziliyanın Amazon bölgəsində gəminin batması nəticəsində 12 nəfər boğularaq ölüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Marajo Adası yaxınlığındakı Ariri çayında baş verib. 60 nəfərin olduğu gəmidən 46 nəfər xilas ola bilsə də, 12 nəfər ölüb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.