Eştonun Tehrana səfərinin tarixi açıqlanıb
06 fevral 2014 05:41 (UTC +04:00)

Eştonun Tehrana səfərinin tarixi açıqlanıb

Tehran rəsmiləri Avropa Birliyinin ali komissarı Ketrin Eştonun İrana səfərinin tarixini açıqlayıb.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, İslam Respublikasının xarici işlər naziri Məhəmmədcavad Zərif onunla görüşdən sonra bildirib  ki, AB təmsilçisi bu ilin martında Tehrana səfər edəcək.

Məlumata əsasən, Eştonun İranda bölgənin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.

 

Xatırladaq ki, bu səfərlə bağlı Avropa Birliyinin rəsmiləri hələ açıqlama verməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar