Ermənistan Milli Statistika Komitəsi xarici ticarət dövriyyəsi ilə bağlı əsas göstəricilər açıqlayıb.
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu ilin birinci rübündə Ermənistandan 358 milyon dollar dəyərində mal və məhsul ixrac edilib.
Bu ilin birinci rübündə Ermənistana idxal edilən mal və məhsulların dəyəri isə 974,3 milyon dollardır.
Beləliklə, Ermənistanın xarici ticarət dövriyyəsində 616,3 milyon dollar mənfi saldo yaranıb. Bu, indiyə qədər Ermənistanın xarici ticarət dövriyyəsində qeydə alınan ən böyük mənfi saldodur.