Əfqanıstanda xaş-xaş sahələri genişlənir
02 aprel 2013 01:25 (UTC +04:00)

Əfqanıstanda xaş-xaş sahələri genişlənir

Əfqanıstan rəsmiləri ölkədə qanunsuz xaş-xaş becərilməsinin artdığını deyirlər.


Lent.az-ın məlumatına görə, Narkotiklərlə Mübarizə Nazirliyinin mətbuat katibi Qəyyum Samir «AzadlıqRadiosu»nun əfqan xidmətinə bu ilin yazında təxminən 157 min hektar ərazidə xaş-xaş əkildiyini bildirib.


Nazirlik bunun ötən ilin eyni dövrü ilə müqayisədə 3000 hektar  çox olduğunu deyib.

Onun sözlərinə görə, ölkənin 4 əyalətində xaş-xaş becərilməsinin qarşısını almaq  üçün qurum xüsusi qrup yaradıb.
 

Əfqanıstanın başqa əyalətlərində də  narkotiklərə qarşı  mübarizənin gücləndirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261

Oxşar yazılar