Əfqanıstanın qərbində Herat əyalətində Salma su anbarında terrorun qarşısı alınıb.
Lent.az-ın «Rİa Novosti»-yə istinadən məlumatına görə, Əfqansıtan Milli Təhlükəsizlik Baş İdarəsinin mətbuat katibi Şəfəqulla Tahiri bildirib ki, zabitlər Herat əyalətinin Pəştun-Zərqun qəzasında Səid Gül adlı təxrbatçını həbs edib.
Onun sözlərinə görə, terror aksiyası Pakistanın Kvetta şəhərindəki taliblər tərəfindən planlaşdırılıbmış.
Mətbuat katibi deyib ki,həbs olunan təxribatçı 1,3 tonluq partlayıcını saxlanıldığı yeri haqda məlumat verib. Həmin partlayıcı ilə Əfqanıstanın qərb əyalətini elektrik enerjisi ilə təmin edən Su Elektrik Stansiyasını partladılmalı imiş.
Səid Gül bu partlayıcın pakistanın Bəlucistan əyalətindən Əfqanıstana ötürüb və 10 gün ərzində Adı çəkinlən su anbarını partlatmalı imiş.
Salma SES 42 Meqavatt elektrik enerjisi istehsal etməklə yanaşı, bu su anbarında yığınlan su vasitəsi ilə 75 min hektar məhsuldar torpaq becərilir.