Donetskdə terrorçuların liderinin köməkçisi öldürülüb
07 iyun 2014 22:10 (UTC +04:00)

Donetskdə terrorçuların liderinin köməkçisi öldürülüb

Donetsk şəhərinin mərkəzində naməlum şəxslər rusiyayönülər tərəfindən elan edilmiş “Donetsk Xalq Respublikası”nın (“DXR”) “lider”lərindən biri  Denis Puşilinin avtomobilini atəşə tutu, nəticədə onun köməkçisi Maksim Petruxin ölüb.

 

 

Lent.az-ın “BBC”yə istinadən məlumatına görə, hücum baş verən an Puşilin özü avtomobildə olmayıb.  

 

“İnterfaks-Ukrayna” isə bildirib ki,  öldürülən Maksim Petruxin “DXR Ali Radası”nın deputatı olub.  

 

Məlumata əsasən,  hücum “Milenium” restoranının qarşısında törədilib. Faktla bağlı araşdırma aparılır.  Şahidlərin sözlərinə görə, avtomobildə olan naməlum şəxslər avtomat silahlardan atəş açdıqdan sonra dərhal hadisə yerini tərk ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998

Oxşar yazılar