Diplomatlar səviyyəsində Rusiya-Ərəb ölkələri toplantısı
07 fevral 2013 21:48 (UTC +04:00)

Diplomatlar səviyyəsində Rusiya-Ərəb ölkələri toplantısı

Fevralın 20-də Rusiya paytaxtında xarici işlər nazirləri səviyyəsində Rusiya-Ərəb ölkələri işbirliyi toplantısı keçiriləcək.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Onun sözlərinə görə, Rusiya-Ərəb ölkələri xarici işlər nazirlərinin forumu bu formatda keçirilən ilk görüş olacaq. Foruma Ərəb Birliyi Baş Katibliyinin sədri vəzifəsini icra edən İraqın xarici işlər naziri, Küveyt, Livan və Liviyanın xarici işlər nazirləri qatılacaqlar.

 

A. Lukaşeviç Rusiya-Ərəb ölkələri forumunda Orta və Yaxın Şərqdə mövcud vəziyyətin müzakirə olunacağını söyləyib.

 

Rusiya XİN nümayəndəsi İranın nüvə proqramı ilə bağlı da açıqlama verib. A. Lukaçeviç ABŞ-ın İrana qarşı həyata keçirdiyi sanksiyaların səmərəsiz və təhlükəli olduğunu söyləyib: “ABŞ-ın mövcud siyasətinin səmərəsiz olduğu ortaya çıxdı. İranda sivil xalqı çətin vəziyyətə salacaq böyük bir maliyyə çətinlikləri yoxdur”.

 

“Altılıq” ölkələri ilə rəsmi Tehranın nüvə danışıqlarına dair görüşün növbəti raundunun fevralın 26-da Qazaxıstanın Almatı şəhərində keçiriləcəyini söyləyən A. Lukaşeviç Rusiyanı bu görüşdə xarici işlər nazirinin müavini Sergey Ryabkovu təmsil edəcəyini söyləyib.

 

Xatırladaq ki, 2012-ci ildə İranla “altılıq” dövlətləri arasında İstanbulda (aprelin 14-də), Bağdadda (mayın 23-24-də) və Moskvada (iyunun 18-19-da) danışıqlar keçirilib. Bu danışıqlar nəticəsində heç bir ciddi irəliləyiş əldə olunmayıb.

 

# 488
avatar

Oxşar yazılar

TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31
Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ  -VİDEO

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ -VİDEO

27 aprel 2024 , 21:56
Keniyada 76 nəfər  həlak oldu

Keniyada 76 nəfər həlak oldu

27 aprel 2024 , 20:49