Çində nadir quş qripi aşkarlanıb
02 aprel 2013 23:55 (UTC +04:00)

Çində nadir quş qripi aşkarlanıb

Çin hökuməti 4 nəfərdə əvvəllər insanda heç zaman aşkranlanmayan quş qripi virusu aşkar edildiyini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin  Səhiyyə Nazirliyinin rəsmiləri bildirib ki, hava yoluyla yoluxan «H7N9» virusu ölkənin şərq əyalətlərindən birində 3 qadın, bir kişidə aşkar edilib. Onlar müalicə olunublar.

Amma bu 4 nəfərn virusa yoluxma səbəbi hələ məlum deyil. Çünki eyni əyalətdə yaşasalar da, onlar əvvəllər biri-biri ilə  ünsiyyətdə olmayıblar.

Çenevrədə yerləşən BMT-nin Səhiyyə Təşkilatı da yeni tip quş qripinin çox da ciddi təhlükə mənbəyi olmadığını bildirib.

Çin rəsmiləri həmçinin qeyd edib ki, bu ilin fevralında ölkənin ən böyük şəhəri Şanxayda iki kişi eyni virusa yoluxub və onların hər ikisi martın əvvəlində vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar