Şimali Koreyanın nüvə sınaqlarına cavab olaraq, ABŞ BMT Təhlükəsizlik Şurasını bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ-ın qurumdakı səfiri Süzan Rays bildirib ki, bu sanksiya ilk növbədə Şimali Koreyanın maliyyə sisteminə təsir edəcək.
Çin artıq bu təşəbbüsü bəyənib. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin ölkəsinin də bu sənədə səs verəcəyini vurğulayıb.
Səsvermə martın 6-da keçiriləcək.
Rəsmi Pxenyan isə yeni sanksiya qəbul ediləcəyi halda 1950-53-cü illərdəki müharibədən sonra sülhlə bağlı imzalanmış müqaviləni pozacağını bəyan edib.