Çexiyada marixuananı satışına icazə verildi
02 aprel 2013 21:23 (UTC +04:00)

Çexiyada marixuananı satışına icazə verildi

Çexiyada tiryəkin müalicə məqsədi ilə istifadəsinin qanuniləşdirilməsi haqqında qanun qüvvəyə minib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bundan sonra xərçəng, QİÇS, yayğın skleroz,ekzema,sudoroqa və başqa bu kimi xəstələrinə, eləcə də ağrı azaltmaq məqsədi ilə resept əsasında narkotik maddələr veriləcək.

 

Sənəd ölkə parlamentində ötən ilin dekabrında qəbul olunub. Cari ilin fevralında isə prezident Vatslav Klaus tərəfindən imzalanıb. Qanun bu il aprelin birindən formal şəkildə qüvvəyə minib.

 

Başlanğıcda tibbi marixuananı ölkəyə Hollandiyadan gətirəcəklər. Sonra xüsusi icazə ilə Çexiyada firmalar onun becərilməsi ilə məşğul olacaq.

 

Onun evdə müstəqil şəkildə becərilməsi əvvəlki kimi cinayət sayılır.

 

Tibbi tiryəkin bir qramı Çexiyada təxminən 4-11 dollardır (3-8 avro).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar