Çeçenistanın Sunjenck rayounda keçirlən əməliyyat zamanı ən azı 10 yaraqlı öldürülüb. Lent.az-ın Çeçenistan KİV-ə istinadən verdiyi məlumata görə, bir qrup yaraqlının meşə massivində gizləndiyindən xəbər tutan federal qüvvələr onları mühasirəyə alıblar. Bundan sonra döyüş başlayıb.
Meşə zolağından 10 yaraqlının meyiti tapılıb. Amma öldürülənlərin sayının daha çox olacağı ehtimal edilir.