BMT-nin Baş Assambleyası ilk dəfə çox milyardlı qanunsuz silah dövriyyəsinin qarşısını almaq məqsədi ilə beynəlxalq anlaşmanın qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, təsdiqlənmiş qətnaməyə qoşulmaq istəyənlər bu il iyulun 3-dən etibarən onu imzalaya bilər.
BMT Baş Assambleyasının sənədində bütün dövlətləri öz Anan Yasalarına uyğun olaraq, bu qətnaməni imzalamağa çağırış edilib.
Xatırladaq ki,sənədə İran, Suriya və Şimali Koreya etirazını bildirib. Çin,Rusiya, Kuba , Venesuela, Boliviya və daha 20 dövlət tərəfsiz qalıb. Ümumilikdə silah ticarəti müqaviləsinin lehinə 154 dövlət səs verib.
Xəbərlərə əsasən, hazırda dünyada təxminən 70 milyard dollarlıq silah-sursat satılır.