Suriyada keçirilən prezident seçkisinə beynəlxalq ictimaiyyət birmənalı yanaşmayıb. Dünya dövlətlərinin çoxu bu siyasi kampaniyanı legitim saymayıb.
Lent.az-ın məlumatına görə, Bəşar Əsədi yenidən «prezident seçilməsi» münasibəti ilə təbrik edənlər də tapılıb.
Suriyanın rəsmi «SANA» xəbər agentliyi bildirib ki, Rusiya prezidenti Vladimir Putin, Venesuela prezidenti Nİkolas Madruo və Şimali Koreyanın lideri Kim Yonq In Əsədə telefonla təbrik ediblər.
Bir müddət öncə, onu Livandakı “Hizbullah”ın baş katibi Həsən Nəsrullah da bu addımı atıb. İran hakimiyyəti isə ilk təbrik edənlərdəndir.
 
                 
                             
     
                                            