Rusiyalı məşhur iş adamı Boris Berezovskinin ölümü səbəblərini britaniyalı patoloqoanatomlar azından 6 altı həftə araşdıracaq.
Lent.az-ın məlumatına görə, İngiltərədə çıxan «The Gardian» qəzeti yazıb ki, beləliklə, o, mayın birinci yarısından tez dəfn edilməyəcək.
Mənbə bildirib ki, böyük qızları Yelizaveta və Yekatrina onun Londonda Hannersberidə, filosof Aleksandr Pyatiqorskiinin basdırıldığı qəbristanlığında dəfn etməyi qərara alıblar.
Buna səbəb kimi Boris Berezovskinin ailə üzvləri və yaxınlarının, o ümlədən anası Qərbdə və ya İngiltərədə yaşadığı göstərilib.
Yalnız birinci həyat yoldaşı iş Adamı Nina Korotkova Moskvada yaşayır. O, dəfnə gedəcəyi haqda ərizə verib.
Bir müddət öncə Rusiya təhlükəsizlik şurasının keçmiş katibi İvan Rıbkin bildirmişdi ki, keçmiş oliqarx Moskva ətrafında Tarasovkada,1994-cü ildə xaç suyuna salındığı kənddə dəfn olunaq.