Gürcüstanın baş naziri Bidzina İvanişvili Rusiya prezidenti Valdimir Putinlə görüşmək üçün hələ tez olduğunu deyib. APA-nın məlumatına görə, İvanişvili bu görüşün tezliklə baş tutması üçün əsas olmadığını söyləyib: “Mənim prinsipial yanaşmam belədir – Rusiya ilə münasibətləri mütləq normallaşdırmalıyıq. Mixail Saakaşvilini çox qıcıqlandırmasına rəğmən, biz bunun üçün əlimizdən gələni edəcəyik”.