Barak Obamadan Misir ordusuna çağırış
04 iyul 2013 07:50 (UTC +04:00)

Barak Obamadan Misir ordusuna çağırış

ABŞ prezidenti Barak Obama Misir ordusunu hakimiyyəti mümkün qədər tez  demokratik yolla seçilmiş mülki hökumətə verməyə çağırıb. 

 

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, Ağ Ev uyğun bəyanatla  çıxış edib.  

 

“Biz ümid edirik ki, hərbçilər qeyri-müəyyənlik dövründə azad toplaşma və ədalətli məhkəmə kimi hüquqlar da daxil olmaqla bütün misirlilərin hüquqlarına riayət olunmasını təmin edəcəklər”, deyə bəyanatda deyilir.  

 

Obama deyib: “Mən Misir ordusunu qısa bir zamanda və məsuliyyətlə bütün hakimiyyəti bərabər hüquq şəffaflıq əsasında demokratik yolla seçilmiş mülki hökumətə təhvil verməyə çağırıram”.

 

ABŞ prezidenti hərbçiləri əsas olmadan prezident postundan kənarlaşdırılmlş Məhəmməd Mursini və onun tərəfdarlarını həbs etməkdən çəkinməyə çağırıb.  

 

Misir KİV-in məlumatına görə,  təhlükəsizlik qüvvələri “Müsəlman qardaşlar” hərəkatının  300 üzvünün həbs olunmasına dair göstəriş verib. Məhəmməd Mursinin özü isə Hərbi Kəşfiyyat Baş İdarəsinin mənzil-qərargahına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30