Benqal körfəzində azından 16 balıqçının dəniz quldurları tərəfindən qətlə yetirildiyi ehtimal olunur.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Banqladeş hakimiyyəti daha 14 balıqçını İtkin elan edib.
Məlumata əsasən, 16 balıqçının cəsədi ölkənin cənub-şərqindəki dənizin sahilində aşkarlanıb.
Yerli polis bildirib ki, Benqal körfəzində soyğunçuluq adi hal sayılsa da, belə miqyasda qətl nadir hadisələrdəndir.
Polisin ehtimalına əsasən, balıqçılara basqın edənlər onlarıq qayıqlarını və torlarını ələ keçirmək üçün bu cinayəti törədiblər