Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən isə APA-ya bu məlumatı təkzib ediblər. “Bizə belə bir adam məlum deyil”, - deyə Mərkəzdən bildirilib.
***
12.25
Azərbaycana işləyən Ermənistan casusu tutulub
Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycanın xeyrinə casusluq cəhdini ifşa edib. Lent.az-ın məlumatına görə, MTN-in yaydığı xəbərdə Ermənistan polisinin sabiq əməkdaşı, İrəvanın 60 yaşlı sakini Xaçik Yegişeviç Martirosyanın operativ-istintaq tədbirləri nəticəsində yanvarın 31-də yaxalandığı bildirilir.
Rəsmi açıqlamaya əsasən, Martirosyan 2013-cü ilin avqustunda öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edib. O, səfirliyin nəzarətində olan Azərbaycanın xüsusi xidmət orqanı əməkdaşları ilə əlaqə quraraq, müəyyən miqdarda pul qarşılığında xidmətlərini təklif edib. “Casus”dan hərbi xarakterli informasiya ötürməsi istənilib və bu məqsədlə müəyyən addımlar atılıb.
Martirosyan aldığı informasiyanı azərbaycanlılara çatdırmaq istəyib. Lakin Ermənistan MTN-i bunun qarşısını alıb.
Xaçik Martirosyana qarşı cinayət işi qaldırılıb, araşdırma gedir.