Azərbaycan dili Rusiyada dövlət dili olacaq
05 fevral 2014 12:16 (UTC +04:00)

Azərbaycan dili Rusiyada dövlət dili olacaq

Dağıstan Respublikasında yaşayan 32 xalqın hər birinin dili dövlət dili statusu alacaq. Lent.az-ın məlumatına görə, bu barədə Dağıstan prezidenti Ramazan Abdulatipov Rusiya Elmlər Akademiyasının Dağıstan Elm Mərkəzində keçirilən iclasında deyib.

İclasda çıxış edən institutun direktoru Maqomed Maqomedov da bildirib ki, ölkədə ölkədə yaxın günlərdə komissiya yaradılmalı, “Dağıstan Respublikasının xalqlarının dili” haqqında qanun qəbul olunmalıdır: “Qanun qəbul olandan sonra Dağıstanda olan hər bir xalqın dili dövlət dili kimi qəbul ediləcək. Məktəblərdə hər bir xalqın dili tədris olunacaq”.

 

Dağıstanda yaşayan həmyerlimiz, Beynəlxalq Gülüstan Ədəbiyyat İttifaqının prezidenti Tahir Saleh Lent.az-a açıqlamasında bildirib ki, dövlət dili statusu alacaq 32 dil arasında Azərbaycan dili də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6996

Oxşar yazılar