Avropa Birliyinin büdcəsi müzakirə olunur
08 fevral 2013 04:18 (UTC +04:00)

Avropa Birliyinin büdcəsi müzakirə olunur

0

Brüsseldə Avropa Birliyi ölkələrinin 2 günlük sammit başlayıb. 


Sammitdə əsasən birliyin yaxın 7 il üçün büdcəsi müzakirə olunur.

 Britaniyanın baş naziri Devid Kemeron fevralın 7-də  bildirib ki, bu məsələdə razılaşma yalnız, büdcə xərclərinin ixtisarı ilə bağlı razılaşma əldə edildikdən sonra mümkündür.

Almaniyanın kansleri Angela Merkel bu məsələdə hələ ki fikir ayrılığının mövcud olduğunu bildirib.

Avropa Komissiyasının ilkin olaraq təklif etdiyi bir trilyon 200 milyard dollarlıq büdcəsi artıq 943 milyarda endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar