ABŞ əsgərləri casus tatuirovka daşıyacaqlar
01 aprel 2013 13:37 (UTC +04:00)

ABŞ əsgərləri casus tatuirovka daşıyacaqlar

ABŞ Müdafiə Nazirliyi stress vəziyyətində əsgərlərin durumunun monitorinqini aparmaq üçün yeni texnologiya sifariş edib.

 

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, membran görünüşlü sensor müvəqqəti  tatuirovka kimi dəriyə yapışdırılacaq.

 

Pentaqonun DARPA Elmi Mərkəzi yeni texnologiyanın istehsalı ilə bağlı tender elan edib və yaxın vaxtlarda Epidermal Elektron Sistem (EES) adlandırılan sensorların kütləvi buraxılışı planlaşdırılır. Çox cüzi çəkisi olmasına baxmayaraq, EES-in texniki imkanları həddən artıq çoxdur. EES orqanizmin müxtəlif parametrlər – bədənin temperaturu, ürək döyünməsi, nəfəsalma tezliyi üzrə stressə reaksiyasını izləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar