ABŞ Aralıq dənizinə növbəti hərbi donanma göndərdi
02 sentyabr 2013 11:57 (UTC +04:00)

ABŞ Aralıq dənizinə növbəti hərbi donanma göndərdi

“USS Nimitz” təyyarədaşıyan gəmisində nüvə başlıqları var

 

ABŞ prezidenti Barak Obamanın Suriyaya məhdud miqyaslı hərbi zərbə endirilməsinə qərar verməsindən sonra ABŞ hərbi donanmasının gəmiləri Aralıq dənizinə istiqamət götürüb.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Oman dənizində nüvə başlıqları olan “USS Nimitz” təyyarədaşıyan gəmisi də daxil olmaqla, 6 hərbi gəmi Qırmızı dənizə daxil olub.

 

Süveyş kanalından Aralıq dənizinə daxil olacaq bu hərbi gəmilər Suriyaya qarşı keçiriləcək əməliyyatda ehtiyat qüvvə missiyasını yerinə yetirəcək. “Associated-Press” agentliyi isə ABŞ hərbi donanmasına məxsus “USS San Antonio” amfibiya nəqliyyat gəmisinin də Aralıq dənizinə göndərildiyi barədə məlumat yayıb. Hazırda isə Aralıq dənizində ABŞ hərbi donanmasının Suriyaya “Tomahawk” raket zərbəsi endirə biləcək 5 döyüş gəmisi var.

 

Bu arada ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Barak Obamanın Suriyaya qarşı hərbi əməliyyat keçirmək üçün Konqresdən icazə alması şərt deyil. O, Konqresin Suriyaya qarşı hərbi əməliyyata “yox” deyəcəyini də gözləmədiklərini dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar