
Adnan Oktarın "kediciklər"inə efir qadağası qoyuldu
Türkiyəli din adamı Adnan Oktarın "kedicik"ləri bundan sonra efirə çıxmayacaq.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Adnan Oktarın özü açıqlayıb.
Son günlər "kedicik" kimi tanınan qadınların geyimi Türkiyənin Ali Radio və Televiziya Qurumunda və xalq arasında müzakirələrə səbəb olmuşdu.
"Xanım dostlarımızda dekolte olmasın dedilər. Həmin xanımlar artıq proqrama çıxmır. Mən də kökündən çözdüm" - deyə, Adnan Oktar deyib
Jurnalist Nevşin Mengünün "Siz şeyxsinizmi?" sualına isə o, "mən belə şeyləri bilmirəm" deyə cavab verib.
Qeyd edək ki, "kedicik" kimi tanınan qadınlar Adnan Oktarın verilişlərində açıq-saçıq geyimdə iştirak edir, musiqi sədası altında rəqs edirdilər. Türkiyənin Ali Radio və Televiziya Qurumunun son hesabatında kanalda din və qadın istismarı olduğu barədə xəbər yayılmışdı.
Oxşar yazılar

Məhəmməd adı Avropada getdikcə populyarlaşır - STATİSTİKA
27 avqust 2025 , 13:44
Kanadada 2 milyard illik qədim su tapıldı - Dadı necədir?
27 avqust 2025 , 12:44
Trampdan yenilik - Ölüm hökmünü bərpa edir
27 avqust 2025 , 03:23
ABŞ-a getmək istəyənlərə bəd xəbər - Viza həddindən artıq bahalaşdı
27 avqust 2025 , 01:51
Donuz ciyərini insana köçürdülər - SENSASİYA
26 avqust 2025 , 20:00
Dünyanı təhdid edən beş yeni müharibə OCAĞI
26 avqust 2025 , 18:18
Çin dünyada ən böyük günəş elektrik stansiyasını tikir
26 avqust 2025 , 07:30