«İranyönlü»  Çak Heyqel nazir oldu
27 fevral 2013 07:47 (UTC +04:00)

«İranyönlü» Çak Heyqel nazir oldu

ABŞ Senatı keçmiş senator Çak Heyqelin müdafiə naziri olmasını təsdiqləyib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, onun namizədliyini 58 senator təsdiqləyib, 41 əleyhinə olub.

 

O, bu postda Leon Panettanı əvəzləyəcək. L.Panetta Kaliforniyadakı torpağında fındıq becərməklə məşğul olacağını bildirib.

 

Ç.Heyqelin namizədliyini yanvarda prezident Barak Obama irəli sürüb. 66 yaşlı Vyetnam savaşı veteranı ən optimal namizəd sayılırdı.

 

Corctaun Universitetində işləməklə yanaşı, o, prezidentin kəşfiyyat məsələləri üzrə müşavirlər qrupunun həmsədri olub.

 

Fevralın 13-də Senatın silahlı qüvvələr üzrə komitəsi uzun və gərgin sürən müzakirələrdən sonra onun namizədliyini təsdiqləmişdi. Keçmiş senatoru daha çox İranla bağlı xoş ifadələrə, İsrailə qarşı kəskin çıxışa görə sıxışdırmışdılar.

# 903
avatar

Oxşar yazılar