Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin başçısı Vladimir Putinin Ukraynanın yeni dövlət başçısı Pyotr Poroşenkonu təbrik edəcəyi bilinmir.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, mətbuat katibi bunları deyib: “Prezident hadisələrin inkişafı ilə bağlı ən yaxşı ssenarini artıq bildirib. Bununla belə seçki keçirildi. Vladimir Putinin mövqeyi dəyişməyib.O, əvvəlki mövqeyində qalır”.
Xatırladaq ki, Putin Ukraynada seçilən “qurumlarla işləyəcəyini” bildirmişdi. O, yeni hakimiyyətin Ukraynanın cənub-şərqində hərbi əməliyyatları tezliklə dayandıracağına və danışıqlara başlayacağına ümidvar olduğunu bəyan etmişdi.
Onu da qeyd edək, Ukrayna Mərkəzi Seçki Komissiyası səslərin 90,01 faizini saydığı və Pyotr Poroşenkonun 54,21 faiz səs topladığı haqda məlumat yayıb.