“Onu harada görsəm, yenə ayaqqabı atacam”
07 fevral 2013 15:55 (UTC +04:00)

“Onu harada görsəm, yenə ayaqqabı atacam”

“İran prezidenti Mahmud Əhmədinejadı yenə də görsəm, ona ayaqqabı ataram”. APA-nın məlumatına görə, bunu Misirin paytaxtı Qahirədə M.Əhmədinejada ayaqqabı atan suriyalı gənc deyib.

 

Xəlil əl-Casim  bildirib ki, İran hökuməti Suriya hakimiyyətini dəstəklədiyi üçün belə bir hərəkət edib: “Hələ az etmişəm. Dünyanın harasında olursa-olsun, İran prezidentini yenə görsəm, ona ayaqqabı atacağam. Bütün despot liderlərin ayaqqabıya qarşı kompleksləri var. Bu səbəbdən mən də etirazımı ayaqqabı atmaqla bildirdim. Evliyəm və 3 övladım var. 9 aydır Suriyadakı ailəmi görə bilmirəm. Çox çalışdım, amma sənədlərini hazırlayıb Misirə gətirə bilmədim”.

 

Qeyd edək ki, Misirə ilahiyyat təhsili almaq üçün gələn Xəlil əl-Casim fevralın 6-da məsciddən çıxan M.Əhmədinejada 3 metrə qədər yaxınlaşıb, “qardaşlarımızı öldürdünüz” deyərək ona ayaqqabı atıb. Lakin ayaqqabı İran prezidentinə deyil, yanındakı mühafizəçiyə dəyib.

 

# 1242
avatar

Oxşar yazılar

TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31
Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ  -VİDEO

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ -VİDEO

27 aprel 2024 , 21:56
Keniyada 76 nəfər  həlak oldu

Keniyada 76 nəfər həlak oldu

27 aprel 2024 , 20:49