«Altılıq» və AB İranın yeni təmsilçisini gözləyir
16 iyul 2013 22:38 (UTC +04:00)

 «Altılıq» və AB İranın yeni təmsilçisini gözləyir

Avropa Birliyiinin (AB) ali komissarı Ketrin Eşton iyulun 16-da bildirib ki, İranın atom problemi ilə bağlı danışıqlarda iştirak edən beynəlxalq vasitəçilər, «altılıq» dövlətləri Tehranın tezliklə  yeni nümayəndə təyin etməsini gözləyir.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Brüsseldə «altılıq» ölkələrinin xarici işlər nazirləri görüşün nəticələri barədə o, bunları deyib: «Əlbəttə biz İranın danışıqlara başçılıq edəcək yeni təyinatını gözləyirik. Ümid edirik ki, bu tez olacaq. Biz bu göürüşü səbirsizliklə gözləyirik».

 

Eştonun sözlərinə əsasən, Brüssel görüşündə tərəflər problemlə bağlı öz mövqelərini ortaya qoyub.

 

Xatırladaq ki, əvvəllər danışıqlara İran ali təhlükəsizlik şurasının katibi Səid Cəlili başçılıq edirdi. Prezident seçkisinə o, namizəd kimi qatılmışdı. Ali Təhlükəsizlik Şurasının sədri isə prezidentdir. Bu baxımdan yeni prezident Həsən Ruhanidir. Səid Cəlilinin katibliyi isə yeni prezidentdən də asılıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar