Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela xəstəxanadan çıxıb.
Lent.az-ın məlumatına görə, o, xəstəxanada ağciyər iltiahbından, pnevmoniyadan müalicə olunurdu.
Rəsmi açıqlamaya əsasən, Mandela müalicə kursunun davamını evdə keçəcək. 94 yaşlı keçmiş prezident bu il martın 27 –də xəstəxanaya yerləşdirilib.
Son iki ildə o, artıq 4 dəfə xəstəxanaya düşüb.