15 sərhədçinin qatili əfv edilmədi
13 dekabr 2013 05:47 (UTC +04:00)

15 sərhədçinin qatili əfv edilmədi

15 nəfərin qətl etdiyi üçün ömürlük həbs cəzası almış Qazaxıstanın keçmiş sərhədçisi Vladislav Çelax əfv edilməyib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda məhkum vəkili Serik Sarsenov açıqlama verib.

 

Onun sözlərinə əsasən, əfv komissiyası üzvlərindən biri ömürlük cəzanın 25 il işlə əvəz edilməsini təklif edib, ancaq o, həmkarları tərəfindən dəstəklənməyib.

 

Mənbə xatırladıb ki, Çelax 2012-ci il mayın 29-da dağda «Arkankerqen» postunda  .bir mühafizəçi və 14 sərhədçini xidməti vəzifələrini yerinə yetirərkən qətlə yetirməkdə suçlu bilinib.

Bu əməlinə görə, hərbçiyə ömürlük iş kəsilib. Apelliasiya məhkəməsi Hərbi məhkəmənin qərarını dəyişməyib. Bundan sonra Çelax Qazaxıstan prezidentinə əfvlə bağlı müraciət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar