2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Ticarət Mərkəzində baş vermiş məlum partlayış nəticəsində həlak olanların cəsədlərinin qalıqlarının axtarışı bərpa olunub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, binanın dağıntıları altında insan cəsədlərinin qalıqlarının axtarışını son mərhələsinə başlayıblar.
Binanın dağıntılarını 60 yük maşını daşıyıb. 10 həftə ərzində oradan insan cəsədləri axtarılacaq.
DNT analizi ilə həlak olanların tanınınlması gözlənilir.
Rəsmi açıqlamalara görə, həmin olay nəticəsində 2750 nəfər həlak olub. İndiyə kimi onların 1634-ün cəsədi tanınılıb.