Xalq artisti vəfat edib
18 fevral 2022 21:18 (UTC +04:00)

Xalq artisti vəfat edib

Rusiyanın Xalq artisti Gennadi Yuxtin vəfat edib.

Lent.az xarici KİV-ə xəbər verir ki, Gennadi bu gün 88 yaşında dünyasını dəyişib.

Aktyor fevralın əvvəlində Moskvadakı klinikalardan birinə koronavirus diaqnozu ilə yerləşdirilib. Sənətçinin vəziyyəti stabilləşdikdən sonra evə buraxılsa da fevralın 15-də yenidən xəstəxanaya aparılıb.

Qeyd edək ki, G.Yuxtin "Yadplanetli qohumlar", "Zareçnaya küçəsində bahar", "Əsgər haqqında ballada", "Sahildən azad etmə", "Andromeda dumanlığı", "Əldə edilməyən qisasçılar", "Rezidentin səhvi”, "Dostlar və yoldaşlar haqqında" kimi filmlərdə rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4098
avatar

Fidan İlqar

Oxşar yazılar