Oktyabrın 13-nə keçən gecə Amerikanın Tennessi ştatının Neşvil şəhərində universitet şəhərciyinin yaxınlığında baş verən atışma nəticəsində ən azı bir nəfər güllələnərək öldürülüb, doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Lent.az xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli polisə istinadən məlumat yayıb.
Zərərçəkənlərin əksəriyyəti iki qrup arasında baş verən atışmada iştirak etməyən yoldan keçənlər olub.
Baş verənlərlə bağlı araşdırma aparılır.