Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri 57 jurnalist həlak olub, 45 nəfər yaralanıb
Lent.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Ukraynaya genişmiqyaslı müharibənin başlanmasından indiyədək 8-i xarici olmaqla 57 jurnalist öldürülüb. Bundan başqa, 25-i xarici olmaqla 45 jurnalist yaralanıb. Baş Prokurorluq indiyədək KİV nümayəndələrinə qarşı hərbi cinayətlərə görə 107 cinayət işi açıb.
- Bayram namazının vaxtı AÇIQLANDI
- Dörd BÜRCÜN başına tezliklə böyük pullar yağacaq
- Üç BÜRCÜN həyatı tezliklə dəyişəcək: Buna səbəb nə olacaq?
Bu barədə Ukrayna Media Mərkəzində keçirilən brifinqdə Baş Prokurorluğun Cinayət hüququ siyasəti və investisiyaların müdafiəsi departamentinin rəhbəri Aleksey Bonyuk bildirib.
O qeyd edib ki, 2022-ci ildən cinayətlərin yeni kateqoriyası - jurnalistlərə qarşı hərbi cinayətlər yaranıb. Bu kateqoriya memoranduma və yaradılmış platformaya uyğun olaraq nəzarətə götürülüb.