Ukraynada minimum  56 min Rusiya hərbçisi  ölüb - İDDİA
14 iyun 2024 15:52 (UTC +04:00)

Ukraynada minimum 56 min Rusiya hərbçisi ölüb - İDDİA

 

“Mediazona” və BBC-nin Rus xidməti könüllülər qrupu ilə birlikdə açıq mənbələrə əsaslanaraq, Ukraynaya genişmiqyaslı müharibə həlak olan 56 452 rusiyalı hərbçinin adını müəyyən edə bilib.

Lent.az-ın məlumatına görə, jurnalistlərin vurğuladığı kimi, müəyyən edilmiş Rusiya itkilərinin həftəlik rəqəmləri yenidən artır - bu, Rusiyanın Xarkov istiqamətində davam edən hücumunun nəticəsi ola bilər. Son iki həftə ərzində onlar daha 1689 nəfərin öldüyünü təsdiqləyiblər.

İtkilərin real sayı jurnalistlərin müəyyən etdiyi saydan mütləq çoxdur. Onlar qeyd edirlər ki, yalnız yoxlanıla bilən açıq məlumatlara: məmurların və medianın mesajlarına, qurbanların qohumlarının nəşrlərinə və qəbiristanlıqlardan məlumatlara etibar edirlər.

Bundan əlavə, qeyd olunan saya BBC Rus xidməti və “Mediazona” tərəfindən də təhlil edilən “Vaqner” özəl hərbi şirkətinin 19 547 ölü muzdlusu siyahısındakı adların əksəriyyəti daxil edilmir. Jurnalistlər, beş milyon rubl (56 min dollardan çox) kompensasiya ödənişləri ilə bağlı əllərində olan sənədlərə istinad edərək, 2022-2023-cü illərdə “Vaqner”in Rusiya həbsxanalarında 48.366 məhbusu üzvlüyə götürdüyünü, onlardan 17 mindən çoxunun 2023-cü ildə Baxmut uğrunda döyüşlərdə öldüyünü aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Oxşar yazılar