Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 10 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, 32 nəfəri yaralanıb. Yanğının söndürülməsi işləri davam etdirilir.
Qeyd edək ki, mərkəz Türkiyədə Bolu bölgəsində yerləşir. Yanğın həmin ərazidə yerləşən Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində baş verib.