Trampın Ukrayna ilə bağlı  məxfi planı   AÇIQLANDI
15 fevral 2024 19:12 (UTC +04:00)

Trampın Ukrayna ilə bağlı məxfi planı AÇIQLANDI

Noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, Donald Tramp Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etməyi planlaşdırır. 

Lent.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazır.

İddia edilir ki, Trampın müşavirləri Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putin arasında seçkilərin nəticələrinin açıqlanmasından qısa müddət sonra danışıqların planlaşdırılması imkanını müzakirə edirlər.

İddialara görə, Tramp Ukrayna danışıqlardan imtina edərsə, Zelenskini hərbi yardımı dayandıracağı ilə hədələmək niyyətindədir və o, əks halda Ukraynaya hərbi dəstəyin artırılması şərti ilə Rusiyanı danışıqlara qayıtmağa inandırmaq istəyir.

Bundan əlavə, Tramp bəzi NATO üzvləri qarşısında öhdəlikləri azaltmaq niyyətindədir. Onun fikrincə, NATO müqaviləsinin alyans üzvünün hücum zamanı kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəsi yalnız müdafiə xərcləri məqsədlərinə cavab verən ölkələrə şamil ediləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5475
avatar

Oxşar yazılar