Tramp: Zelenski danışıqlara hazırdır
05 mart 2025 08:16 (UTC +04:00)

Tramp: Zelenski danışıqlara hazırdır

ABŞ Prezidenti Donald Ukrayna Prezidenti Volodimir Zelenskidən danışıqlara hazır olduğunu bildirən mesaj aldığını deyib.

Lent.az xəbər verir ki, Tramp bunu Konqresdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, Zelenski mesajında ​​bildirib ki, Ukrayna istənilən vaxt resurs sazişi imzalamağa hazırdır.

“Mən Ukrayna Prezidenti Zelenskidən vacib mesaj aldım.

Mesajda deyilir: “Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Faydalı qazıntılar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt onu imzalamağa hazırdır”.

Tramp bildirib ki, Rusiya ilə də ciddi müzakirələr aparıb:

“Biz Eyni zamanda, Rusiya ilə ciddi müzakirələr apardıq və onların sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq. Bu gözəl olmazdımı? Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. Müharibələri bitirmək istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, - Tramp vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar