Tısbağa uşağı öldürdü - Görün necə
12 iyun 2025 11:24 (UTC +04:00)

Tısbağa uşağı öldürdü - Görün necə

Çində tısbağa uşağın ölümünə səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Quanqdonq əyalətində yaşayış kompleksinin həyətində baş verib. Ailə kiçik oğlu ilə gəzərkən tısbağa böyük hündürlükdən uşağın başına düşüb.

Zərbə o qədər güclü olub ki, uşaq ölüb.

Araşdırma zamanı məlum olub ki, heyvan həmin kompleksin Zhanq soyadlı sakininə məxsusdur. Mərhumun valideynləri məhkəməyə müraciət edərək, təkcə tısbağanın sahibindən deyil, həm də idarəedici şirkətdən və sığorta şirkətindən təzminat tələb ediblər. Lakin məhkəmə məsuliyyətin yalnız heyvan sahibinin üzərinə düşdüyünə qərar verib, çünki onun saxlanmasının təhlükəsizliyini məhz o təmin etməli idi.

Məhkəmə Zhanqı mərhumun ailəsinə 1,28 milyon yuan (təxminən 267 min 300 manat) ödəməyə məcbur edib. Hökm çıxarılandan sonra təqsirləndirilən şəxs apellyasiya şikayəti verməklə qərardan etiraz etməyə çalışsa da, məhkəmə ona yalnız 30 günlük ödəniş möhlətini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1074

Oxşar yazılar