Təyyarələr toqquşdu,  ölənlər var
19 avqust 2022 05:50 (UTC +04:00)

Təyyarələr toqquşdu, ölənlər var

ABŞ-ın Uotsonvil şəhərində (Kaliforniya ştatı) hava limanına eniş edərkən iki kiçik təyyarə toqquşub.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasına istinadən “The Washington Post” məlumat yayıb.

Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib.

İkimühərrikli “Cessna 340”-ın göyərtəsində iki nəfər, birmühərrikli “Cessna 152”-nin göyərtəsində isə yalnız pilot olub.

Hadisə nəticəsində hava limanının işçiləri arasında heç kim xəsarət almayıb.

# 2265
avatar

Oxşar yazılar