Terrora görə 38 nəfərə ÖLÜM HÖKMÜ  oxundu
18 fevral 2022 19:31 (UTC +04:00)

Terrora görə 38 nəfərə ÖLÜM HÖKMÜ oxundu

Hindistan məhkəməsi 2008-ci ildə Əhmədabad şəhərində törədilən partlayışa görə 38 nəfər barəsində ölüm hökmü çıxarıb. Bundan əlavə, artlayışa görə təqsirləndirilən 49 nəfər Cinayət Məcəlləsinin adam öldürməyə cəhd, qəsdən adam öldürmə maddələri ilə ittiham olunublar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 18-də keçirilən məhkəmə prosesində 49 nəfərdən 38-i barəsində ölüm hökmü çıxarılıb.

11 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2008-ci ilin iyulunda Əhmədabadın müxtəlif yerlərində törədilən 22 partlayış nəticəsində 56 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hadisənin növbəti günü polis Surat şəhərininin cənubundan 10 partlamayan bomba aşkarlayıb. Terror aktını “Hindistan mücahidləri” adlı qruplaşma üzərinə götürmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Fidan İlqar

Oxşar yazılar