Əfqanıstanda “Taliban”la “İŞİD” arasında döyüş başlayıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hazırda döyüşlər Əfqanıstanın Cəlilabad şəhəri ətrafında gedir.
Məlumata görə, tərəflər ağır və yüngül silahlardan istifadə edir. Hadisə zamanı ölən və yaralananların olduğu bildirilir.
“Taliban” tərəfi baş verənləri şərh etməyib.