Səhnədən qovulan məşhur müğənni bir daha mahnı oxumadı...
04 may 2022 09:40 (UTC +04:00)

Səhnədən qovulan məşhur müğənni bir daha mahnı oxumadı...

Bu yaxınlarda Dubaydan qayıdan müğənni Eqor Qrid Moskvada dəvət aldığı ad günündən qovulub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin 18 yaşlı qızın məclisindəki çıxışı səbəbkarın anasının xoşuna gəlməyib. 

Bu zaman ana ifaçını səhnədən qovub.

Gecə üçün 4 milyon rubl qonorar alan Eqor Twitch-d canlı yayıma girərək, yaşadığından bəhs edib.

"Karyeram boyunca heç vaxt başıma belə hadisə gəlməyib. 7 mahnı oxudum. Səkkizinci mahnım "Дэнсерс" oldu. Qızlar rəqs edirdi, sonra dincəlmək istədim. Sonra bir qadın yaxınlaşdı və qışqırmağa başladı: nə üçün bu qədər pul ödəyirlər? Hər zaman belə dəvətlərdə narahat oluram. çünki insanlar içki içir və dava salır. Bu qadın isə heç də spirtli içkinin təsirində deyildi"deyə, o, söyləyib.

Məclis sahibi Qridi fonoqram oxumaqda günahlandırıb. İfaçı bildirib ki, yaşananlardan sonra məclis sahibləri onun otağına gəlib və ikiqat artıq qonorar ödəyəcəklərini, səhnəyə qayıtmasını istədiklərini bildirib. 

O isə təklifi qəbul etməyib, əvvəl aldığı pulu da geri qaytararaq məclisdən gedib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Oxşar yazılar